Davudoğludan Azərbaycana mesaj: `Ürəyimiz ağrıyır...`

Davudoğludan Azərbaycana mesaj: `Ürəyimiz ağrıyır...`
  26 Oktyabr 2014    Oxunub:2745
Azərbaycan-Ermənistan sərhədində baş verən atışmalara görə ürəyimiz sızıldayır.

Türkiyənin baş naziri Əhməd Davudoğlu son günlər Kobani ətrafında baş verən hadisələrə görə AKP iqtidarını tənqid edənlərə cavab verib.

AzVision.az xəbər verir ki, Davudoğlu Türkiyənin Kobaniyə daxil olmasını istəyənlərə Azərbaycan-Ermənistan sərhədində yaşananları nümunə göstərib.

“Türkiyə qoşunu Kobaniye girsin deyə təkid edirlər. Biz bu kimi təkliflərin fərqindəyik. Diqqət edin, Türkiyənin ətrafında 7-8 ölkə idarə edilməz vəziyyətdədir. Azərbaycan-Ermənistan sərhədində baş verən atışmalarda ürəyimiz sızıldayır. Yaxın Şərq qan gölünə çevrildi. Həzrəti Hüseyn necə yolundan dönməyibsə bizlərdə yolumuzdan və əldalət naminə mübarizədən geri dönməyəcəyik”.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti