Paltar alarkən ehtiyatlı olun - Ebola virusu var

Paltar alarkən ehtiyatlı olun - Ebola virusu var
  26 Oktyabr 2014    Oxunub:2708
“Azərbaycana Avropadan gətirilən ikinci əl paltarları təhlükəli virusların yayılmasına səbəb ola bilər. Hətta ikinci əl paltarları ilə Ebola virusunun yayılmayacağına heç zəmanət verə bilməz. Belə təhlükə var”.

AzVision.az xəbər verir ki, bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Hüquq müdafiəçisi dedi ki, “Second hand”, “Memi”, “Avropadan geyimlər”, “Uçuz Avropa geyimləri” adı altında fəaliyyət göstərən mağazalardakı paltarlardan dəri xəstəliklərinin də yayılma ehtimalı böyükdür: “Bu paltarlar təmizlənməli, sertifikatlaşdırılmalıdır. Amma onların gigiyenik yoxlamadan keçib-keçmədiyi də bəlli deyil”.

E.Hüseynovun sözlərinə görə, dünyada təhlükəli virusların yayıldığı bir vaxtda ölkəyə gətirilən mal və məhsullara nəzarət gücləndirilməlidir: “Bəllidir ki, bu gün ən təhlükəli virus Eboladır. Ebola həm də xəstənin toxunduğu əşyadan, paltarlardan keçir. Sərhəd-keçid məntəqələri virusla mübarizəyə hazır olmalıdırlar. Məsələn, mən “quş qripi” virusunun yayıldığı vaxtlarda xarici ölkələrin birindən Bakıya qayıdırdım. Təyyarədə bizə verilən anketdə yüksək hərarətim olduğunu və “quş qripi”nin digər əlamətlərini sadaladım. Bununla da hansı tədbirlər görüləcəyini öyrənmək istəyirdim. Amma kimsə anketdə qeyd etdiyim telefonla əlaqə saxlayıb vəziyyəti öyrənmədi. Buna görə də Ebolaya görə ciddi yoxlamalarla bağlı müəyyən şübhələr var”.


Teqlər:





Xəbər lenti