Bakıdan - Bişkekə (Fotolar)

Bakıdan - Bişkekə (Fotolar)
  27 Oktyabr 2014    Oxunub:1464
“Azərbaycan Hava Yolları” QSC Qırğızıstanın paytaxtı Bişkekə uçuşlara başlayıb.
Oktyabrın 26-da səhər saat 10-da Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxan “Aerobus-320” təyyarəsinin sərnişinlərini Bişkekin Manas Beynəlxalq Aeroportunda ölkəmizin bu ölkədəki səfiri Hidayət Orucov, Qırğız Respublikası Baş nazirinin birinci müavini, Azərbaycan-Qırğızıstan hökumətlərarası iqtisadi-humanitar komissiyasının həmsədri Tayırbek Sarpaşev, diasporumuzun əməkdaşları və hava limanının rəsmiləri qonaqpərvərliklər qarşıladılar.

Aeroportda təşkil olunan mərasimdə Azərbaycan milli aviaşirkətinin son illərdə böyük inkişaf yolu keçərək neçə-neçə dünya şəhəri arasında bağlantı yaratdığını vurğulayan iştirakçılar, yeni aviareysin açılışının ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə təkan verəcəyini bildirdilər.

Təyyarə həmin gün axşam saat 19.30-da Bakıya qayıtdı.

Qeyd edək ki, Bişkek “Azərbaycan Hava Yolları”nın uçuş coğrafiyasında 38-ci məntəqədir. Uçuşlar Bakı-Bişkek-Bakı istiqamətində həftədə iki dəfə - çərşənbə axşamı və bazar günü həyata keçiriləcək.

Qalereya




Teqlər:  





Xəbər lenti