“İsa Qəmbər Arif Hacılını pis vəziyyətə salıb”

“İsa Qəmbər Arif Hacılını pis vəziyyətə salıb”
  27 Oktyabr 2014    Oxunub:2116
“Arif Hacılını başqan kreslosuna İsa Qəmbər zorla gətirib”.
AzVision.az xəbər verir ki, bu fikirləri keçmiç Müsavat funksioneri Tapdıq Abbas bildirib.

Onun sözlərinə görə, İsa Qəmbər Arif Hacılının yanında olmasa o başqan kimi ayaqda dura bilməz:

“Fikir verin, 20 ildir partiyanın təşkilat üzrə müavini postunu tutan, bütün partiya strukturları əlində olan və qurultay nümayəndələrini az qala bir - bir seçib gətirən Arif Hacılı 228 səslə (!) başqan seçilib!!! Bu qədər saxtakarlıqdan sonra bunca az səs alan zəif, gücsüz başqan əslində, hamıdan çox İsa Qəmbərə lazımdır! Yəni bu gün İsa Qəmbər Arifin yanında olmasa, başqan kimi ayağa dura bilməz, yanında çox olsa, partiyanın onda biri qalar!

Partiyanı da, Arif Hacılını da və bu gün partiyada çıxılmaz duruma düşüb üz-üzə dayanan insanları da pis hala gətirən məhz hörmətli İsa bəydir! Əslində Arif Hacılı başqanlığa haqq edən az saylı insanlardandır. Onun haqqını danmaq olmaz.O, bütün həyatını partiyaya həsr etmiş partiya funksioneridir. Amma saxtakarlıq hesabına başqan olmaq ona heç yaraşmır!

450 nəfərdən çox qurultay nümayəndəsindən vur - tut 228 səs almaq Arif Hacılı üçün ən aşağı göstəricidir! Baxın, kvorum cəmi 4 səs fərqlə əldə olunub!!! Bu nə deməkdir, özünüz düşünün bir az?!”-deyə T.Abbas qeyd edib.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti