Virtual flaşmob başladı – Sən də qoşul, Sarkisyandan tələb et!

Virtual flaşmob başladı – Sən də qoşul, Sarkisyandan tələb et!
  27 Oktyabr 2014    Oxunub:6993
Bu dəqiqələrdə internetdə erməni girovluğunda olan iki soydaşımızın buraxılması üçün virtual flaşmob başlayıb. Aksiya zamanı birbaşa Serj Sarkisyandan girov götürülənlərin buraxılması tələb olunacaq.

Vətənimizi sevən, onun uğrunda iş görməkdən zövq alan hər bir şəxsdən xahiş olunur ki, Ermənistan prezidentinin rəsmi internet saytındakı məktublar bölməsinə girərək ora “Girovlarımızı azad et” sözünü və cəmiyyətimizin bu məsələyə sərt reaksiyasını açıq göstərən virtual kampaniyanın linkini yazsınlar. Bunu etmək çox sadədir:
1. BURA daxil olursunuz;

2. ‪#‎SaveAzeHostages‬ və https://www.facebook.com/events/303922283130654/ ünvanlarını Sərkisyana göndərməklə ona tələbinizi çatdırırsınız.

AzVision.az bütün oxucularını vətəndaş mövqeyi sərgiləyərək bu məsələyə biganə qalmamağa çağırır.


Teqlər:





Xəbər lenti