Komitədən girovlarla bağlı AÇIQLAMA

Komitədən girovlarla bağlı AÇIQLAMA
  27 Oktyabr 2014    Oxunub:1979
Bu gün Ermənistan tərəfindən girov götürülən azərbaycanlı Şahbaz Quliyev və Dilqəm Əsgərovun məhkəməsi keçiriləcək.
Prosesin Xankəndidə baş tutacağı deyilib. Belə ki, oktyabrın 8-i Xankəndi şəhər məhkəməsi Şahbaz Quliyev və Dilqəm Əsgərovla istintaq materiallarının artıq məhkəmə verildiyini, ancaq prosesin konkret başlama tarixinin hələ müəyyənləşdirilmədiyini bildirib. Məhkəmə prosesinə Anatoli Tadevosyanın sədrliyi ilə keçiriləcək.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynova AzVision.az-a açıqlamasında bildirib ki, BQXK-nin Azərbaycan nümayəndəliyi bu məsələ ilə bağlı şərh vermək istəmir:

“Beynəlxalq Qızıl Xaç Komitəsi məhkəmə proseduru barədə məlumat mənbəyi deyil”.

Onlarla görüş gəldikdə isə, BQXK-nin Azərbaycan nümayəndəliyinin rəsmisi qeyd edib ki, hər zaman olduğu kimi Kəlbəcər girovlarına yenidən baş çəkiləcək:

“Bu barədə həmişə olduğu kimi girovlarla görüş olduqdan sonra məlumat veriləcək”.

Xatırladaq ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov bu ilin 29 iyun tarixində yaxınlarının qəbrini ziyarət etmək üçün doğma kəndlərinə - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüb. Onlarla birlikdə olan Həsən Həsənov isə öldürülüb. Ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub. Erməni mətbuatı girov götürülən Şahbaz Quliyev və Dilqəm Həsənovun məhkəmə işinin başlayacığını yazıb Xankəndində baş tutacaq məhkəmə prosesinin keçiriləcəyi vaxt dəqiq bildirilməyib. Ermənilərin diversant adlandırdığı həmvətənlərimiz “casusluq” və digər maddələrlə ittiham olunurlar.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti