Nazir icra başçısının yerinə kadr tapmır?

Nazir icra başçısının yerinə kadr tapmır?
  27 Oktyabr 2014    Oxunub:5254
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir rayonun icra başçısı Nazim Veys oğlu Veysov tutduğu vəzifədən azad edilib. Onun yerinə bu posta Alimpaşa Məmmədov gətirilib.
Haqqında mətbuatda müxtəlif məlumatlar yayılan A.Məmmədovun vergilər naziri Fazil Məmmədovun sadiq kadrlarından olduğu bildirilir. Odur ki, icra başçısı təyinatınadək o, Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

AzVision.az-ın məlumatına görə, Alimpaşa Məmmədov icra başçısı göndərildikdən sonra onun yerinə hələki rəsmi şəkildə təyinat aparılmayıb. Üstündən 20 günə yaxın vaxt keçsə də Bakının vergi rəisi postu boş qalır.

Əldə etdiyimiz məlumata görə, hazırda Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsini müvəqqəti olaraq vergi xidməti müşaviri Babayev Rəşad Tahir oğlu icra edir. Görünür vergilər naziri Fazil Məmmədov Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsinə təyinat aparmağa tələsmir.

Rəşad Babayevin rəis postuna gətiriləcəyi haqda da fikirlər səsləndirilir.

A.Rüstəmov


Teqlər:  





Xəbər lenti