Paris görüşündən nə gözləyirik? - ŞƏRH

Paris görüşündən nə gözləyirik? - ŞƏRH
  27 Oktyabr 2014    Oxunub:2379
Bu gün Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək. Fransa prezidenti Fransua Ollandın təklifi ilə baş tutacaq görüşdə gözlənildiyi kimi əsas müzakirə mövzusu Dağlıq Qarabağ problemi və münaqişənin həlli məsələləridir. Görüş Parisin məşhur Yelisey sarayına baş tutacaq. Fransua Olland əvvəlcə prezidentlərlə ayrı-ayrılıqda, sonra isə 3 tərəfli görüş olacaq. Daha sonra isə Minsk Qrupunun həmsədrləri də görüşə qatılacaqlar.

Politoloq Qabil Hüseynli Paris görüşünün Azərbaycan üçün əhəmiyyətli olacağını düşünür. AzVision.az-a açıqlamasında ekspert bildirib ki, görüşə ümid böyükdür və müəyyən irəliləyişin ola biləcəyi ehtimal var.

Q.Hüseynli Qarabağ danışıqlarına mane olacaq amillərin çox olduğunu da diqqətə çatdırıb:

“Ermənistanın Rusiya təsirində olması və ölkədə davam edən mitinqlər danışıqlara mane ola bilər. Onsuz da Ermənistan əvvəldən də danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirirdi. İndi də Sarkisyanın əli güclü deyil. Həm ölkə daxilindən ona qarşı mübarizə var, həm də Rusiyadan. Hər halda hər iki ölkəyə Qərb dövlətlərinin təlqini güclüdür. Çalışırlar ki, 7 rayonun azad olunması istiqamətində qərar qəbul etsinlər və bundan başqa münaqişənin sülh yolu ilə çözülməsi ilə bağlı öhdəliklər götürsünlər.

Bu məsələdə Azərbaycanın öz mövqeyi var, istəyir ki, ərazi bütövlüyü təmin edilsin. Hər halda məsələnin həlli istiqamətində irəliləyişə nail olunacağı ehtimalı var”.


Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti