Ollandla Əliyev saat 14:00-da görüşəcək

Ollandla Əliyev saat 14:00-da görüşəcək
  27 Oktyabr 2014    Oxunub:1178
Yelisey sarayı bu gün Parisdə Fransa prezidentinin vasitəçiliyi ilə keçiriləcək Qarabağ danışıqlarının qrafikini yayıb.

Virtualaz.org saytı xəbər verir ki, qrafikə əsasən prezident Fransua Olland Bakı vaxtı ilə saat 14-də Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşəcək. Bu görüşə təxminən 1 saat vaxt nəzərdə tutulub.

Bakı vaxtı ilə saat 15:15-də isə Olland Ermənistan prezident Serj Sərkisyanla bir araya gələcək. Axşam saat 21-də isə Fransa prezidenti Azərbaycan və Ermənistan dövlət başçıları ilə üçtərəfli danışıqlar keçirəcək.

Bakı vaxtı ilə saat 23-də isə üç dövlət başçısı birgə naharda olacaqlar və danışıqların yekunlarını müzakirə edəcəklər.

Xatırladaq ki, Yelisey sarayındakı mənbə “Frans Press” agentliyinə bu danışıqlardan ciddi irəiləyiş gözləmədiklərini, prezident Ollandın tərəfləri danışıqlar masası arxasında saxlamaq və münaqişənin nizamlanması yollarını axtarmaq üçün birgə işləməyi davam etdirmək üçün çalışacağını bildirib.

Mənbə deyib ki, Olland üçün bu səylər “çətin döyüş” olacaq.


Teqlər:  





Xəbər lenti