İlham Əliyev Ollandla görüşdü - Yenilənib (FOTOLAR)

İlham Əliyev Ollandla görüşdü - Yenilənib (FOTOLAR)
  27 Oktyabr 2014    Oxunub:1956
Oktyabrın 27-də Parisdə, Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.

Sarayın qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.

Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. “Cənub” dəhlizi enerji layihəsinin reallaşması ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparıldı. Münaqişə ilə bağlı status-kvonun dəyişilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulanıb.

***
Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi Parisdə Yelisey Sarayında qarşılayıb.

AzVision.az xəbər verir ki, bu barədə Trend "Reuters" agentliyinə istinadən məlumat verir.

Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Parisdə görüşəcəyi gözlənilir.

Qalereya




Teqlər:  





Xəbər lenti