Erməniyə vəzifə verilməsinə deputatdan reaksiya

Erməniyə vəzifə verilməsinə deputatdan reaksiya
  27 Oktyabr 2014    Oxunub:2713
Milli Məclisin deputatı Sahib Alıyev Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni əsilli yazar Etyan Mahçupyanı özünə baş müşavir təyin etməyinə münasibət bildirib.
AzVisiona.z xəbər verir ki, millət vəkili bu barədə özünün facebook səhifəsində yazıb:

“Bunda yəqin məqsəd uydurma soyqırımın 100 illiyilə bağlı Türkiyəyə ediləcək basqıları müəyyən qədər yumşaltmaqdır. Mahcupyanın müşavirliyi, doğrudan da, Türkiyənin işinə yarayacaqsa, nə deyirik, onu ancaq alqışlamaq olar. Amma Osmanlı tarixini heç də bizdan pis bilməyən cənab Davudoğlu yəqin ki, o zaman "sadiq millət" adlandırılaraq dəyərləndirilən və nə az nə çox düz 3 təmsilçisi ən mühüm nazirliklərin( Xarici, Maliyyə, Poçt və Teleqraf Nazirlikləri) başında əyləşdirilən ermənilərin birinci dünya savaşında türklərə arxadan necə xəncər sapladıqlarını unutmayıb”.

Qeyd edək ki, Əhməd Davudoğlu bir neçə gün öncə Erməni əsilli jurnalist-yazıçı Etyan Mahçupyanı özünə baş müşavir təyin edib. O, bir müddət “Agos” qəzetində redaktor kimi fəaliyyət göstərib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti