Azay Quliyev təklifləri dəyərləndirdi

Azay Quliyev təklifləri dəyərləndirdi
  27 Oktyabr 2014    Oxunub:1339
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Asiya İnkişaf Bankının QHT və Vətəndaş Cəmiyyətinin İnkişafı Mərkəzinin rəhbəri Kris Morris ilə görüş keçirilib.
Şuranın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri haqqında qonağa ətraflı məlumat verib. A.Quliyev Asiya İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında olan əməkdaşlıq münasibətlərini yüksək dəyərləndirdiyini bildirib.

K.Morris 2015-ci ilin mayında AİB-ə üzv olan 67 dövlətin illik toplantısının keçiriləcəyini qeyd edib. O, toplantı çərçivəsində QHT-lərlə bağlı xüsusi sessiyanın təşkil ediləcəyini deyərək bu istiqamətdə Şura ilə yaxından əməkdaşlıq etmək istədiklərini söyləyib. Mərkəzin rəhbəri QHT-lərin monitorinq imkanlarının, bilik və bacarıqlarının artırılması və digər istiqamətlərdə Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Şura sədri A.Quliyev irəli sürülən əməkdaşlıq təkliflərini müsbət qarşıladığını və iki qurum arasında bu istiqamətdə müzakirələrin davam etdirilməsinin faydalı olduğunu vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti