Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü keçirilib.
Daha sonra Fransa Respublikasının Prezidenti Fransua Ollandın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə birgə görüşü olub.
***
Fransanın paytaxtı Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistan Prezidentinin mətbuat katibi Arman Saqatelyan "Twitter" səhifəsində yazıb.
Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşü olub. Bundan əvvəl prezidentlərin Minsk Qrupunun həmsədrləri İqor Popov, Pyer Andriye və Ceyms Uorlikin iştirakı ilə birgə görüş baş tutub.
Hələlik görüşün təfərrüatları açıqlanmır.