Cəbhədə son vəziyyət necədir?

Cəbhədə son vəziyyət necədir?
  28 Oktyabr 2014    Oxunub:1017
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 21 dəfə pozulub.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Kəngərli, Cəvahirli, Sarıcalı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti