Kəlbəcər girovları ilə bağlı mühüm təklif

Kəlbəcər girovları ilə bağlı mühüm təklif
  28 Oktyabr 2014    Oxunub:1846
Deputat girovları şəxsən müdafiə etmək istəyir
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili İqbal Ağazadə ermənilərin Xankəndində “mühakimə etdiyi” kəlbəcərli girovlarla bağlı təklif səsləndirib.

“Bu gün hər bir azərbaycanlını Kəlbəcərdə girov götürülən soydaşlarımızın taleyi narahat edir. Bu gün onların müdafiəsi üçün vəkillər tutulmalıdır”.

Deputat qeyd edib ki, beynəlxalq təşkilatlar onlarla maraqlanmır: “Onların müdafiəsi üçün ayrı-ayrı vəkillər tutmaqdansa, onun özü girov həmyerlilərimizi müdafiə edə bilər. Mən böyük məmnuniyyətlə girovların müdafiəsini öz üzərimə götürərəm. Avropa təsisatları, beynəlxalq qurumlar köməklik etsə, mən onların müdafiəsinə qalxa bilərəm. Milli Məclis də bunu nəzərə alsa, yaxşı olar”

Deputat onu da bildirib ki, insan haqlarının müdafiəsi ilə bağlı yaradılan işçi qrupunu alqışlayır. “Bu Azərbaycan üçün yeni mərhələ, yeni müstəvidi. Arzu edirəm ki, İşçi Qrupun fəaliyyətini düzgün qursun və tez-tez əfv sərəncamları və amnistiyalar olsun. Siyasi məhbuslar, tutulanlar azad edilsin. Bu da Azərbaycana beynəlxalq aləmdə uğur qazandıracaq”,-deyə deputat söyləyib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti