Gəncədəki insidentlə bağlı açıqlama

Gəncədəki insidentlə bağlı açıqlama
  28 Oktyabr 2014    Oxunub:1338
Daxili İşlər Nazirliyi ( DİN) Gəncədə törədilən cinayət hadisəsi ilə bağlı məlumat yayıb.
AzVision.az xəbər verir ki, məlumatda bildirilir ki, oktyabrın 27-də Gəncə şəhərində şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Qurbanov odlu silahdan açılmış atəşdən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin şəhər sakini, əvvəllər məhkum olunmuş Qalib Cəfərov tərəfindən törədilməsi müəyyən edilib.

Kəpəz RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti