Əli Rüstəmovun səlahiyyət müddəti uzadıldı

Əli Rüstəmovun səlahiyyət müddəti uzadıldı
  28 Oktyabr 2014    Oxunub:2361
Azərbaycan Ali Məhkəməsinin hakimi Əli Rüstəmovun səlahiyyət müddəti uzadılıb.
AzVision.az-ın məlumatına görə, parlament Prezident İlham Əliyevin təqdimatına əsasən, Milli Məclis Əli Məhəmməd oğlu Rüstəmovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, 01.10.1949-cu ildə anadan olmuş Ə.Rüstəmov 21.07.2000-ci il tarixdən Ali Məhkəmənin hakimidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinə əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə beş il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinə - 65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər.


Teqlər:





Xəbər lenti