`Deyirlər ki, YAP-da qırğın gedir`

 `Deyirlər ki, YAP-da qırğın gedir`
  28 Oktyabr 2014    Oxunub:2284
“Gördüyün işlər barədə hesabat verməyin nəyi pisdi ki?”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. Deputat bildirib ki, seçici deyir səni seçmişəm və gördüyün işlər barədə hesabat ver:

“Parlamentin üzvləri mütəmadi şəkildə öz seçiciləri ilə görüşür. Qəbul olunan qanunlardan və görülən işlərdən seçiciləri agah edir. Bələdiyyə isə birbaşa məişət problemlərini həll edir. Vətəndaş öyrənmək istəyib ki, problemi hansı formada həll olunub. Bununla bağlı hesabat ver. Bu hesabatlılıqda qorxulu məqamın nə olduğunu hələ də anlaya bilmirəm. Bələdiyyədən danışanların bəzilərinin heç bələdiyyələrinin statusu barədə məlumatı yoxdu və onun haqqında fikir bildirirlər. Bildiyimiz kimi bələdiyyələrin məhəllə komitələri var. Həmin o komitələrin vasitəsilə əhali ilə əlaqə saxlanılır, söhbət bələdiyyələrin hamısını bir stadiona yığıb orada hesabat təqdim etməklərini gözləməkdən getmir. Binalarda, həyətlərdə komitələrin işçiləri vətəndaşklarla görüşür və onlara hesabat verirlər. Bunun nəyi pisdir? Ən azından vətəndaşlar onları maraqlandıran sualları həmin şəxslərə ünvanlıyırlar. Lazım olan cavabları alırlar”.

S.Novruzovun sözlərinə görə, hal-hazırda bələdiyyələrin statusu ilə bağlı heç bir problem yoxdu.

“Eyni zamanda bələdiyyələrin fəaliyyət istiqamətləri ilə bağlı kifayət qədər səlahiyyətləri mövcuddur. İcra başçılarının bələdiyyələrin işlərinə müdaxilə edilməsi ilə bağllı səsləndirilən fikirlər tamamilə yalnışdır. Hər bir siyasi partiya bələdiyyə seçkilərinə namizəd irəli sürməlidir. Hazırda Azərbaycanda 1607 bələdiyyə var və 1535 nəfərin namizədliyi irəli sürülməlidir. Hətta çıxış edənlərin bəziləri deyir ki, bu gün YAP-da bələdiyyələrə namizəd kimi düşmək üçün qırğın gedir. Hətta deyiblər ki, onları guya hədələyirik ki, bizim qərarımızdan kənar seçkilərə qatılsalar onların partiyadan uzaqlaşdıracağıq. Bu formada bələdiyyələrin işini cılızlaşdırmaq, onun statusuna xələl gətirməklə məşğuldular. Əslində baxsanız siyasi partiyalar üçün ən vacib seçkilərdən biri bələdiyyə seçkiləridir. Çünki parlament və prezident seçkilərinə yalnız özləri və yaxın ətraflarının namizədlərini irəli sürülər. Amma bələdiyyə seçkilərində sırf vətəndaşların problemlərini yaxından həll edən şəxslərin namizədliyi irəli sürülməlidir. Bu gün Azərbaycanda bələdiyyələrin kifayət qədər fəaliyyəti var və getdikcə təkmilləşir. Kimsə gedib Türkiyədə bir neçə ay yaşayıb oradakı bələdiyyələrin işini gətirib buradakılara sırımasın. Çünki hər bir dövlətin özünəməxsus idarəetmə üsulu var”.


Teqlər:  





Xəbər lenti