Veteranlarla görüş keçirilib - Fotolar

Veteranlarla görüş keçirilib - Fotolar
  28 Oktyabr 2014    Oxunub:3042
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatının rəhbərləri ilə kursantların görüşü keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə məktəbin rəisi polkovnik Füzuli Salahov açaraq qonaqları təqdim edib.

Təşkilatın sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev çıxış edərək hərbçi peşəsinin özəlliklərindən, onun həqiqətən şərəfli olmasından, bu peşəyə ümummilli liderimiz Heydər Əlyievin böyük dəyər verməsindən, Azərbaycan prezidenti İlham Əliyevin Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində gördüyü möhtəşəm işlərdən, dövlətin gənclər siyasətindən danışıb. O, həmçinin, Silahlı Qüvvələrimizi sabiq SSRİ-nin digər respublikalarının Silahlı Qüvvələri ilə müqayisə edərək qürur hissi ilə bildirib ki, Ordumuzla fəxr etməyə, ona güvənməyə haqqınmız var.

Tədbirdə çıxış edən veteranlar ordu quruculuğunun elmi əsaslarla davam etməsindən, ən müasir silahlarla təchiz edilən Silahlı Qüvvələrimizin qüdrətinin artmasından danışıblar.
Təhsildə və məktəbin ictimai işlərində fəallıq göstərən beş nəfər kursant təşkilatın fəxri fərmanına layiq görülüb.

Sonda 35 saylı musiqi məktəbi şagirdlərinin iştirakı ilə konsert proqramı təqdim edilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti