`İslahatçı Gənclər`dən girovlarımıza dəstək – FOTOLAR

`İslahatçı Gənclər`dən girovlarımıza dəstək – FOTOLAR
  28 Oktyabr 2014    Oxunub:2201
“İslahatçı Gənclər” İctimai Birliyi (İGİB) Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda girov götürülmüş mülki şəxslər – Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsilə bağlı başlanmış “Girovları azad et!” virtual flaşmob aksiyasına qoşulub.

Bu barədə məlumat verən İGİB sədri Fərid Şahbazlı deyib ki, birliyin üzvləri olan fəal gənclər Bakı şəhərinin mərkəzi küçələrində üzərində 3 dildə – Azərbaycan, ingilis və rus dillərində “GirovlarimiziAzadEt” yazılmış plakatlar tutaraq, bütün vətəndaşlarımızı soydaşlarımızın qondarma məhkəmə qarşısında mühakimə olmasına etiraza səsləyib.

Qalereya




Teqlər:





Xəbər lenti