Ermənilər atəşkəsi 30 dəfə pozdular

Ermənilər atəşkəsi 30 dəfə pozdular
  29 Oktyabr 2014    Oxunub:970
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti