İlham Əliyev Küveytin nazirini qəbul edib - Foto

İlham Əliyev Küveytin nazirini qəbul edib - Foto
  29 Oktyabr 2014    Oxunub:1173
Azərbaycan prezidenti İlham Əliyev Küveytin gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabahı qəbul edib.

AzVision.az-ın məlumatına görə, qonaq Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın, Küveyt Şahzadəsi və Baş nazirinin salamlarını və ən xoş arzularını Azərbaycan prezidentinə çatdırıb.

O, Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forumun işə başlaması münasibətilə prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib. Ölkəmizdə olmağından məmnunluq hissi keçirdiyini deyən Küveytin dövlət naziri dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev isə Küveytə səfərini və Küveyt rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında mövcud əlaqələrin ikitərəfli əməkdaşlığın yaxşı nümunəsi olduğunu bildirən dövlət başçısı Azərbaycanla Küveytin beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəkləməsinin və maraqlarını müdafiə etməsinin önəmini vurğulayıb. İ. Əliyev ölkələrimiz arasında gənclər siyasəti sahəsində əlaqələri genişləndirməyin vacib olduğunu bildirib.

Azərbaycan prezidenti Küveyt Dövlətinin Əmiri, Şahzadəsi və Baş nazirinin salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarını Küveyt Dövlətinin Əmiri, Şahzadəsi və Baş nazirinə çatdırmağı xahiş edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti