Şeyx Rusiyaya gedir

Şeyx Rusiyaya gedir
  29 Oktyabr 2014    Oxunub:1126
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 30-da Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasına səfərə yola düşəcək.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi Nalçik şəhərində keçiriləcək “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda beynəlxalq elmi konfransda iştirak etməkdir.

Kabardin-Balkar Respublikasının Ruhani İdarəsinin Qafqaz Müsəlmanları İdarəsinin himayəsi ilə keçirdiyi konfransın işində dünya miqyasında tanınmış müsəlman din xadimləri, İslam təhsil müəssisələrinin rektorları, nüfuzlu ictimai xadimlər iştirak edəcəklər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri konfransda məruzə ilə çıxış edəcək.


Teqlər:





Xəbər lenti