Rusiyada azərbaycanlı avtoritet güllələndi

Rusiyada azərbaycanlı avtoritet güllələndi
  29 Oktyabr 2014    Oxunub:2151
Samara vilayəti üzrə Rusiya Federasiyasının İstintaq Komitəsinin İstintaq İdarəsi Tolyatti şəhərində törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün səhər saat təxminən 08:30-da Tolyatti şəhərindəki “Şeyp” idman klubunun yaxınlığında sinəsindən güllə ilə vurulmuş kişi meyiti tapılıb.

Müstəntiqlərin məlumatına görə, naməlum cinayətkar idman klubuna yaxınlaşan “VAZ-2109” markalı maşından atəş açıb. Qurbana ən azı 4 güllə atılıb, bundan sonra cinayətkar hadisə yerindən qaçıb. Bir müddət sonra isə hüquq mühafizəçiləri cinayətkarın hərəkət etdiyi maşını yanmış halda tapıblar. Avtomobildə kişinin öldürüldüyü ehtimal edilən silah da olub.

Fakt üzrə “adam öldürmə” və “qanunsuz silah alma, daşıma və saxlama” maddələri üzrə cinayət işi açılıb. Hazırda kriminalist və müstəntiqlər xarici müşahidə kameralarının videomateriallarını tədqiq edir, şübhəli bilinən şəxsi axtarır, tibbi-məhkəmə ekspertizası və kriminalistik ekspertizalar keçirirlər.

Eyni zamanda sosial şəbəkələrdə öldürülən şəxsin idman totalizatorları ilə əlaqədar olan kriminal avtoritet olması barədə informasiya yayılıb. “Volqa Nyus”un məlumatına görə, öldürülən şəxs müəyyən dairələrdə "Ruslan Sedoy" kimi məşhur olan azərbaycanlı kriminal avtoritetdir. O, keçmiş SSRİ-nın Asiya ölkələrindən olanlara himayədarlıq edib. Bundan başqa, "Ruslan Sedoy" Mərkəzi rayonun topdansatış ərzaq bazalarının birində meyvə və tərəvəz alveri ilə məşqul olub.(virtualaz)


Teqlər:





Xəbər lenti