Elektroşokun xeyri və ziyanı - VİDEO

  30 Oktyabr 2014    Oxunub : 1395
Elektroşokun xeyri və ziyanı - VİDEO
ANS TV-nin məlumatına görə, Milli Məclisin iclasında “Polis haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarıldı. Diqqət çəkən məqamlardan biri gələcəkdə polis işçilərinə elektraşokdan istifadə etməsinə imkan verən bəndin olması idi.

Yeni qəbul olunan bu layihə qısa zamanda əks səda doğurdu desək yanılmarıq. Düzdür ilk baxışdan elektroşokun cinayətkarların və ya şübhəli şəxslərin tutulmasında istifadə edilməsi yenilik deyil. Dünyanın bir sıra ölkələridə bu vasitəyə müraciət edilir. Amma məsələ bundadır ki, elektroşoklar bizim cəmiyyət, o cümlədən polis əməkdaşları üçün yenidir. İndi qarşıda duran əsas məsələ onların bu vasitələrdən düzgün istifadə etməyi bacarmalarıdır.

Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, bir neçə demokratik sivil dövlətlərdə var qoy bizdə də olsun:

“Bundan artıq istifadə edərkən səlahiyyət çərçivəsini aşmaq, hakimiyyət səlahiyyətlərindən sui istifadə etmək, qanuna düzgün əməl olunacaqmı. Bu artıq 3-cü konteksdən yanaşmadır”.

Məsələnin digər tərəfi elektroşokların insan səhətinə olan təsiridir. Araşdırmalar göstərir ki, bu vastələr bəzi insanların sağlamlığına mənfi təsir göstərir. Əsasən sinir sistemini zədəliyir və insanın iflic olması ilə nəticələnə bilir.

“Bu öldürücü silahlar kimi getmir, amma ürəyi zəif olan insanlara bu tədbiq olunsan o ölə bilər” – deyə həkim İbrahim Əsədli bildirib.

Milli Məclisdə irəli sürülən qanuna dəyişiklikdə elektroşok vasitələrini gəzdirmək, saxlamaq və istifadə etmək məsələləri ilə DİN-nin məşqul olacağı və nazirliyin nəzdində xüsusi bir qurumun yaradılacağı bildirilir. Qanun layihsində bu vasitələrin kimlərə təbiq olunacağı da göstərilir. İnsanın həyat və sağlamlığı üçün təhlükə yarandıqda, şübhəli şəxsin saxlanılması və tutulmasında, kütləvi iğtişaşlarda, həbs olunanları müşayiət etdikdə polis əməkdaşlarının elektroşokdan istifadə etməsinə icazə veriləcəyi qeyd olunur. Ortaya bir sual çıxır. Şübhəli olan şəxsin günahı sübuta yetirilməsə və ona bəraət verilsə necə. Güc strukturları şübhələndikləri şəxsə qarşı fiziki təyziq göstərərlərsə və sonrdan bu şübhələri özünü doğrultmazsa, həmin şəxs hansı addımları ata bilər.

“Azərbaycan vətəndaşlarının hər birinin hüquq və azadlıqları Konstitutsiya ilə qorunur və insanların toxunulmamazlıq hüququ var. Bu günkü qüvvədə olan qanunvericilik imkan verəcək ki, gələcəkdə belə hallar baş verərsə vətəndaşlar polis əməkdaşlarına qarşı xüsusi iddia ilə çıxış edə bilər və ona dəyən maddi və mənəvi zərərə görə kompensasiya ala bilər” – deyə millət vəkili Çingiz Qənizadə vurğulayıb.

Mütəxəssislər elektroşakdan istifadə edəcək olan polis zabitlərini ilk növbədə bu vasitələr haqqında məlumatlandırmağı və mütamadi olaraq onlara məşqələlərin keçirilməsini vacib sayır. Ümüd edək ki, bu qanun qüvvəyə mindikdən sonra polis əməkdaşlar bu vasitədən düzgün istifadə edəcək. Bunu isə artıq zaman göstərəcək.


Teqlər: