Şeyx Rusiyaya getdi

Şeyx Rusiyaya getdi
  30 Oktyabr 2014    Oxunub:1112
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri bu gün Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasına səfərə gedib.

AzVision.az xəbər verir ki, səfərdə məqsəd Nalçik şəhərində keçiriləcək “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda Beynəlxalq elmi konfransda iştirak etməkdir.

Kabarda-Balkar Respublikasının Ruhani İdarəsinin Qafqaz Müsəlmanları İdarəsinin himayəsi ilə keçirdiyi konfransın işində dünya miqyasında tanınmış müsəlman din xadimləri, islam təhsil müəssisələrinin rektorları, nüfuzli ictimai xadimlər iştirak edəcəklər.

QMİ sədri konfransda məruzə ilə çıxış edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti