Siyavuş Novruzov Paris görüşündən razı qaldı

Siyavuş Novruzov Paris görüşündən razı qaldı
  30 Oktyabr 2014    Oxunub:1344
“Prezidentlərin Paris görüşü Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı atılan növbəti addım idi”.
Bunu AzVision.az-a açıqlamasında YAP-ın icra katibi, millət vəkili Siyavuş Novruzov deyib.

Prezidentlərin Paris görüşünü şərh edən deputat qeyd edib ki, görüşlərin intensivləşməsi və fikir mübadiləsinin aparılması, müəyyən məsələlərin müzakirə olunmasına xidmət edən bir görüş idi.

Xatırladaq ki, oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü keçirilib. Daha sonra Fransa Respublikasının Prezidenti Fransua Ollandın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə birgə görüşü olub.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti