`Eldəniz layiq olduğu cəzanı alıb`

Məhkəmənin qərarına əsasən Eldəniz Quliyev 480 saat ictimai islah işlərinə cəlb olunacaq. Həmçinin o, min manat cərimə olunub. Bundan əlavə, qərarda ekspertiza rəyinə görə, 140 manat pulun dövlət büdcəsinə keçirilməsi də öz əksini tapıb.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Eldəniz Quliyevlə bağlı çıxarılan hökmə münasibət bildirib. Partiya funksioneri qeyd edib ki, Eldəniz Quliyev layiq olduğu cəzanı alıb:
- Onu layiq olduğu yerə - küçə süpürməyə göndərməklə tamamilə doğru qərar çıxarıblar. Amma yaxşı olardı ki, Eldənizi Bakının mərkəzi küçələrini süpürməyə göndərməsinlər. Mərkəzi küçələr onsuz da təmizdir. Zənnimcə, Eldəniz Nardaran qəsəbəsinin küçələrini süpürsə, daha yaxşı olar. Necə deyərlər, həm ziyarət, həm də ticarət. Yəni həm qəsəbənin küçələri təmiz olar, həm də Eldəniz İranın özü kimi tör-töküntüləri ilə söhbət eləmək imkanı qazanar.
AzVision.az
Teqlər: