Arvadını bıçaqlayan ərə - 11 il həbs

Məhəmməd Rufullayevin barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Məhəmməd Rufullayev 11 il müddətinə azadlıqdan məhrum edilib.