Xalq artistinin səhhəti yaxşılaşıb

O, ev şəraitində müalicəsinin davam etdiyini deyib: “Hazırda müalicəm aparılır, hərdən müayinəyə də gedirəm”.
R.Əzizbəyli Mədəniyyət və İncəsənət Universitetindən uzaqlaşması barədə də danışıb. O bildirib ki, işləməyə səhhəti imkan vermədiyindən özü ərizə yazıb: “Mən işlə qurtardım, indi pensiyadayam”.
Qeyd edək ki, R. Əzizbəyli bu il fevral ayının 9-da avtomobil qəzası keçirib.
Həmin qəzadan sonra aktyor yerimə qabiliyyətini itirib.
Teqlər: