Şeyx prezidenti Bakıya dəvət etdi - FOTOLAR

  31 Oktyabr 2014    Oxunub : 1445
Şeyx prezidenti Bakıya dəvət etdi - FOTOLAR
Oktyabrın 30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Kabarda-Balkar Respublikasının prezidenti Yuri Kokov ilə görüşdü.
AzVision.az Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytına istinadən xəbər verir ki, Şeyxin səfərinin məqsədi burada keçirilən “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda keçirdiyi Beynəlxalq elmi konfransda iştirak etməkdi.

Prezident Yuri Kokov iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və bundan sonra da inkişaf edəcəyinə əminliyini söyləyib. O, Şeyxülislama konfransda iştirakına görə öz minnətdarlığını bildirdi.

Şeyxülislam da səmimi qarşılanmaya görə Prezident Yuri Kokova öz minnətdarlığını bildirib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. QMİ sədri qeyd edib ki, Azərbaycanla Kabarda-Balkar qardaş respublikalardır və onlar arasında qarşılıqlı münasibətlərin inkişafı hər iki tərəfin maraqlarındadır. Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, dünyada və İslam aləmində baş verən problemlər bizim birgə problemlərimizdir və biz onları birlikdə həll etməliyik.

Sonda Şeyxülislam Kabarda-Balkar Respublikasının başçısını Azərbaycana dəvət edib və tərəflər bir-birinə xatirə hədiyyələri təqdim etiblər.

Qeyd edək ki, Beynəlxalq konfrans dünyada baş verən müharibələrə, din adından sui-istifadələrə, radikallıq və ekstremizm tendensiyası və bu problemlərdən çıxış yollarına həsr edilib.

Xatırladaq ki, səfərdə Şeyxülislam Allahşükür Paşazadəni QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov və digərləri müşayət ediblər.

















Teqlər: