`O yaşım deyil ki, gözümü yumub, ağzımı açım`

`O yaşım deyil ki, gözümü yumub, ağzımı açım`
  31 Oktyabr 2014    Oxunub:1990
Berti Foqtsun istefasından futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə Robert Prosineçki gətirilir. Mətbuatda yer alan məlumata görə, Fransada AFFA rəhbərliyi və xorvatiyalı məşqçi arasında görüş keçirilib. Tərəflər uzun söhbətdən sonra razılığa gələ biliblər. Anlaşmaya əsasən, Prosineçki 1 il komandamızın baş məşqçisi olacaq. Prosineçki ilə noyabrın 4-də Bakıda müqavilə imzalanacağı deyilir. Həmkarlarımız Prosineçkinin Azərbaycanda işlədiyi müddətdə 1 ilinə 3 milyon dollar qazanacağını yazıblar.

“Neftçi” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, AFFA yenidən xarici məşqçiyə müraciət edirsə, demək öz strategiyasını dəyişmir. Futbol məşqçisi qedy edib ki, onlar xarici məşqçilərə daha çox güvənir:

“Bu məşqçinin necə işləyəciyi haqqında geniş danışa bilmərəm. Çünki onun haqqında o qədər məlumatlı deyiləm. Gəlib müqavilə bağlayandan sonra öz platformasını, konsepsiyasını ictimaiyyətə açıqlasın. Proqramı tam açıqlayandan sonra onun haqqında geniş fikir bildirmək olar. Bir qədər zamana ehtiyac var. O yaşım deyil ki, gözümü yumub, ağzımı açam. Baş məşqçi olması tam dəqiqləşdiriləndən sonra onun haqqında danışmaq olar”.


Teqlər:





Xəbər lenti