Göyçayda nar bayramı keçirilir

Göyçayda nar bayramı keçirilir
  01 Noyabr 2014    Oxunub:3494
Bu gün Göyçay şəhərində ənənəvi nar bayramı keçirilir.
AzVision.az xəbər verir ki, Nar bayramına hazırlıqla əlaqədar Göyçay rayon İcra Hakimiyyətinin xüsusi tədbirlər planına əsasən həyata keçirilən səliqə səhman,quruculuq abadlıq işləri şəhərin mərkəzi küçələrini, park və xiyabanlarını əhatə edir. Heydər Əliyev prospektində Əli Kərim, Nətavan, Mehdi Hüseyin küçələrində numunəvi şərait yaradılıb.

İctimai yaşayış binalarının dam örtükləri, fasad hissələri müasir körkəmə salınıb. Küçələrə asfalt örtüyü döşənib,istinad divarları çay daşları ilə üzlənib. Heydər Əliyev sarayının qarşısındakı şəlalə kompleksi bərpa edilib. Mədəniyyət kollektivləri, musiqi məktəbinin şagirdləri, uşaq yaradıcılıq mərkəzi də bayrama həvəslə hazırlaşıblar. Tədbirdə mahnı, rəqs qrupları, folklorçu qadınlar, xor kollektivləri məşqlərinin iştirakı gözlənilir.

Rayonun muzey işçiləri də festivalda milli mənəvi dəyərlərimizi, tarixi keçmişimizi layiqincə təbliğ etmək üçün qədim eksponatlardan ibarət kolleksiyalar formalaşdırıblar. İstehsal müəssisələri isə fermerlərdən nar məhsullarını qəbul etmək üçün bütün qüvvələrini səfərbər ediblər. Bu il təxminən 30 min ton nar məhsulunun tədarükü gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti