““Sovetski”-də məscidlər sökülməyəcək”
C.Qocayev sözlərinə görə, söküntü aparılanda tarix və mədəniyyət abidələri saxlanılır: “Məscidlər bizim mənəviyyatımızın göstəricisidir. Yəni, insanların dini ayinləri icra etdiyi yerdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndərin rəhbərliyi ilə məscidlərimiz bərpa olunub, yeni-yeni məscidlər tikilib. Belə olan halda məscidlərin sökülməsindən söhbət gedə bilməz. Heç kim belə qərarın icrasına dəstək verməz. Azərbaycan tolerant ölkədir. Burda nəinki məscidlər, kilsələr də sökülmür. “Sovetski”-də məscidlərin sökulməsi ilə bağlı yayılmış məlumatlar yalandır”.







Vaxtında, Aydın, Lazımlı!


