Silahlı Qüvvələrdə "NATO günləri" başlayıb

Silahlı Qüvvələrdə "NATO günləri" başlayıb
  03 Noyabr 2014    Oxunub:1629
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən noyabrın 3-dən NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Azərbaycan Silahlı Qüvvələrində "NATO Günləri" tədbiri keçirilir.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi, general-leytenant Əli Çətinkayanın (Türkiyə) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə gedərək hərbi təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq, brifinqlər verəcək və müzakirələr aparacaqlar.

Azərbaycan Silahlı Qüvvələrində "NATO Günləri" noyabrın 7-də başa çatacaq.


Teqlər:





Xəbər lenti