XİN-dən erməni təxribatı ilə bağlı AÇIQLAMA
Reed Exhibitions şirkəti separatçı rejimin heç bir halda “World Travel Market” turizm sərgisində ayrıca stendlə təmsil olunmayacağını bildirib. Həmçinin, qondarma rejimi təmsil etdiyini iddia edən “Qarabağ Turizm İnkişaf İdarəsi”nin (Karabakh Tourism Development Agency) bu sərgidə iştirakına rəsmən icazə verilməyib.
Azərbaycan Respublikasının səfirliyi tərəfindən Ermənistan Turizm Nazirliyinə aid olan pavilyonda Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin “Karabakh” adı altında təqdim edilməsi məsələsi ilə əlaqədar Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı Reed Exhbitions şirkəti ilə iş davam etdirilməkdədir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


