`Azərbaycan həm də İKT ölkəsi kimi tanınacaq` – Əli Hüseynli

`Azərbaycan həm də İKT ölkəsi kimi tanınacaq` – Əli Hüseynli
  03 Noyabr 2014    Oxunub:3230
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İnformasiya texnologiyalarının inkişafına xüsusi önəm verir. Cənab Prezidentin apardığı uğurlu siyasət, İnformasiya texnologiyaları sahəsində qanunvericilik təşəbbüsünün davamlı olması Azərbaycanın neft ölkəsi ilə yanaşı, İKT ölkəsi kimi də tanınmasına gətirb çıxaracaq”.

Bu sözləri “Siyasi-hüquqi kateqoriyaların kontekstində Azərbaycan Respublikası və Rusiya Federasiyasında İnformasiya Təhlükəsizliyi” mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxış edən Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin Sədri Əli Hüseynli deyib.

O, daha sonra qeyd edib ki, belə əlamətdar bir konfransın Rusiya və Azərbycan alimlərinin iştirakı ilə Bakı şəhərində keçirlməsi xüsusi əhəmiyyətə malikdir. Millət vəkili Azərbaycanda bu sahədə qanunvericliyin təkmilləşdirildiyini və son illərdə bu sahənin xüsusən inkişaf etdiyini qeyd edərək, Rusiyadan olan alimlərin bu mövzuda azərbaycanlı alimlərlə birgə gələcəkdə də davamlı əməkdaşlıq edəcəyinə və iki ölkə arasında bütün sahələrdə səmərəli əməkdaşlığın hüquq elmi sahəsində də davm edəcəyini bildirib.

Konfransda hüquq elmləri doktoru A.V.Morozova “İnformasiya hüququ üzrə yüksək ixtisaslı kadrların hazırlanması” barədə xüsusi məruzə ilə çıxış edib və Rusiya təcrübəsini Konfrans iştirakçları ilə bölüşüb. O, qeyd edib ki artıq Rusiyada bu sahədə xüsusi ixtisaslar, kafedralar, fakultələr mövcuddur.



Hüquq elmləri doktoru, professor K.N. Səlimov “Əməliyyat-axtarış tədbirləri zamanı informasiya təhlükəsizliyi problemləri” mövzusunda xüsusi məruzə ilə çıxış edib və bu sahədə Azərbaycan və beynəlxalq təcrübə barədə qeyd edib.

Hüquq elmləri doktoru, professor T.A. Polyakova “İnformasiya təhlükəsizliyinin hüquqi təminatı üzrə aktual məsələlər” (beynəlxalq aspekt) adlı məruzə ilə çıxış edib.

Hüquq elmləri namizədi L.V.Filotova “Hüquq sistemində informasiya hüququnun yeri və rolu”, iqtisad elmləri doktoru, professor, Ç.N. İsmailov "İqtisadi əməkdaşlığın genişləndirilməsi regionda informasiya təhlükəsizliyinin təminatı kimi", hüquq elmləri doktoru, professor R.F. Məmmədov “Müasir dünyada informasiya təhlükəsizliyi: siyasi-hüquqi məsələlər”, hüquq üzrə fəlsəfə doktoru, dosent R.M. Aslanov “İnformasiya texnalogiyaları sahəsində cinayətlər” adlı məruzələrlə çıxış ediblər.

Konfrans Rusiya və Azərbaycan təcrübəsindən elmi və nəzəri müzakirlərlə başa çatıb. Rusiya Federasiyasından Konfransda iştirak edən alimlər Azərbaycanda bu sahədə aparılan islahatların çox qısa vaxtda aparıldığına baxmayaraq məsuldar və önəmli olduğunu qeyd ediblər.

Rusiyalı və azərbaycanlı alimlər gələcəkdə də bu sahədə daha sıx əməkdaşlığın vacib olduğunu qeyd ediblər. Belə bir Konfransın azərbaycanlı hüquqşünasların iştirakı ilə Rusiya Federasiyasında da keçirlməsi alimlər tərəfindən təklif edilib.




Teqlər:  



Xəbər lenti