Məmmədyarov nazirlərlə görüşdü

Məmmədyarov nazirlərlə görüşdü
  03 Noyabr 2014    Oxunub:1222
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Macarıstanın Xarici İşlər və Ticarət Naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, ikitərəfli münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirən nazir Elmar Məmmədyarov qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılması üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Macarıstanın münaqişə ilə bağlı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin yüksək qiymətləndirildiyini deyib.

Peter Siyarto Azərbaycanın Macarıstanın ən önəmli tərəfdaşlarından biri olduğunu deyərək, ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Görüşün sonunda nazirlərin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.


Teqlər:



Xəbər lenti