İnstitutda adam öldürən şəxsə - 11 il həbs

İnstitutda adam öldürən şəxsə - 11 il həbs
  03 Noyabr 2014    Oxunub:1721
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən Hüseynağa Cəlilovin işi ilə bağlı məhkəmə prosesi başa çatıb.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hüseynağa Cəlilova hökmə əsasən 11 il azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd edək ki, bu il mayın 15-də Nərimanov rayonun ərazisində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda orada müalicə olunan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynağa Cəlilov münaqişə zəminində Saatlı rayon sakini, Mikayıl Hüseynovu bıçaqlayaraq qətlə yetirib. Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində H.Cəlilov tutulub.


Teqlər:



Xəbər lenti