Deputatlarımız Avronest-in iclasına gedir

Deputatlarımız Avronest-in iclasına gedir
  04 Noyabr 2014    Oxunub:1051
Noyabrın 4 və 5-də Avronest Parlament Assambleyasının Siyasi işlər, insan hüquqları və demokratiya, İqtisadi inteqrasiya, Enerji təhlükəsizliyi, Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclasları keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, iclaslarda Azərbaycanın millət vəkilləri Elxan Süleymanov, Azər Kərimli, Rasim Musabəyov və Azay Quliyev iştirak edəcəklər.

Komitələrdə demokratiya, yaxşı idarəetmə və sabitlik, Şərqi Ukraynada münaqişə və Avropada təhlükəsizliyə dair təhdidlər, Avropa İttifaqı ilə iqtisadi inteqrasiya və yaxınlaşma, Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" ölkələri arasında birgə nəqliyyat layihələri sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi, "Şərq tərəfdaşlığı" çərçivəsində mədəniyyətlərarası dialoq və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Deputatlarımız müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.

Səfər noyabrın 6-da başa çatacaq.


Teqlər:





Xəbər lenti