“Quş qripi” ilə bağlı monitorinq keçiriləcək

“Quş qripi” ilə bağlı monitorinq keçiriləcək
  04 Noyabr 2014    Oxunub:1098
Azərbaycan ərazisində “quş qripi” ilə bağlı növbəti monitorinq keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) “quş qripi” xəstəliyinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayır və ardıcıl olaraq monitorinqlər aparır.

DBNX-nin mətbuat mərkəzindən AzVision.az-a bildiriblər ki, quşların miqrasiyası nəzərə alınaraq növbəti monitorinqin noyabrın 17-də keçirilməsi nəzərdə tutulub.

Hazırda “quş qripi” xəstəliyinə və digər kəskin yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir.


Teqlər:



Xəbər lenti