Bakıda Aşura mərasimləri keçirilir

Bakıda Aşura mərasimləri keçirilir
  04 Noyabr 2014    Oxunub:3947
Bütün müsəlman dünyasında, eləcə də Azərbaycanda bu gün Aşura günü kimi qeyd olunur.
AzVision.az xəbər verir ki, paytaxtın "Təzəpir", "Hacı Soltanəli", "Məşhədi Dadaş", "Bibiheybət", "Fatimeyi-Zəhra", "İçərişəhər Cümə", "Keşlə" və digər məscidlərində Aşura mərasimləri keçirilir.

Onminlərlə mömin Kərbəla faciəsini yad etmək, imam Hüseynin (ə) şücaətinə aid moizələri dinləmək üçün məscidlərə toplaşıb. İbadətgahlarda yer olmadığından insanlar küçələrdə əzadarlq ediblər.

Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qanvermə aksiyası keçirəcək.

Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahlar aşağıdakılardır:

1.Yasamal rayonu “Təzə-pir” məscidi
2. Yasamal rayonu “Hacı Soltanəli” məscidi
3. Nəsimi rayonu Əjdərbəy məscidi
4. Səbail rayonu “Bibi-Heybət” məscidi
5.Səbail rayonu İçərişəhər cümə məscidi
6.Suraxanı rayonu Qaraçuxur məscidi
7.Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi
8.Nizami rayonu Keşlə qəsəbə məscidi
9.Sumqayıt şəhər “Cümə” məscidi
10.Gəncə şəhər “İmamzadə” məscidi
11.Mingəçevir şəhər “Heydər” məscidi
12.Şəki şəhər “Cümə” məscidi
13.Lənkəran şəhəri Böyükbazar məscidi
14.Bərdə şəhər “Cümə” məscidi



Teqlər:





Xəbər lenti