Nazirliyə 5 mindən çox vətəndaş müraciət etdi

Nazirliyə 5 mindən çox vətəndaş müraciət etdi
  04 Noyabr 2014    Oxunub:1365
Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Çağrı mərkəzi”nə 5 560 müraciət daxil olub ki, onların 90,6%-ni nazirliyin fəaliyyət sahələri ilə bağlı vətəndaşların sorğuları təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qeyd edilən dövrdə “Çağrı mərkəzi”nə əmək qanunvericiliyinin tətbiqi, əmək hüquqlarının təminatı məsələləri ilə əlaqədar edilən 3 387 müraciətin 3 201-i (94,5%), sosial təminat növlərindən istifadə, o cümlədən sosial müavinət məsələləri ilə əlaqədar daxil olan 1 597 müraciətin 1 364-ü (85,4%) sorğu xarakterli olub.

Habelə əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələlərinə dair edilən 305 müraciətdən 235-i (77%) və məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma və s. məsələlərə dair 271 müraciətdən 240-ı (88,5%) vətəndaşların həmin mövzularla bağlı sorğularından ibarət olub.

“Çağrı mərkəzi”nə daxil olan sorğu xarakterli müraciətlərə cavab olaraq ƏƏSMN-nin mütəxəssisləri tərəfindən müvafiq izahatlar verilib, digər müraciətlərlə bağlı nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv tədbirlər görülüb.


Teqlər:  





Xəbər lenti