Kəlbəcər girovları ilə görüş olacaq

Kəlbəcər girovları ilə görüş olacaq
  04 Noyabr 2014    Oxunub:1988
“Kəlbəcərli girovlarla sonuncu görüş oktyabr ayının 6-da olub”. Bunu AzVision.az-a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynova deyib. BQXK-nin rəsmisi bildirib ki, komitə həmin şəxslərə öz mandatına uyğun olaraq yenə də baş çəkəcək.

“Həmişə olduğu kimi görüş olub bitdikdən sonra biz ictimaiyyətə məlumat verəcəyik”.

Eməni girovluğunda olan Şahbaz Quliyevin qardaşı İlham Quliyev AzVision.az-a açıqlamasında bildirib ki, bir həftə öncə qardaşı Şahbaz Quliyevə çatacaq məktubu Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə göndərib.

Xatırladaq ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov bu ilin 29 iyun tarixində yaxınlarının qəbrini ziyarət etmək üçün doğma kəndlərinə - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüb. Onlarla birlikdə olan Həsən Həsənov isə öldürülüb. Ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub. Bu günlərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Həsənovun ilk məhkəmsi keçirilib. Ermənilərin diversant adlandırdığı həmvətənlərimiz “casusluq” və digər maddələrlə ittiham olunur.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti