Tarif Şurası nazirliyə cavab vermir

Tarif Şurası nazirliyə cavab vermir
  04 Noyabr 2014    Oxunub:1912
Xəbər verdiyimiz kimi sərnişindaşımada gediş haqqı qiymətlərinə yenidən baxılması üçün Dövlət Avtomobil Nəqliyyat İdarəsi Tarif Şurasına müraciət olunub.

“Altı aya yaxındır ki, qiymətlərin qalxması ilə bağlı Tarif Şurasına müraciət olunub”. Bunu AzVision.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib. Ə.Cəfərov bildirib ki, Tarif Şurasından bununla bağlı onlara heç bir məlumat verilməyib.

“Müəyyən marşurutlarda yolların uzanması və qısalması ilə bağlı qiymət dəyişikliyi olub. Bütövlükdə isə bizim müraciətimizə cavab verilməyib”.

Qeyd edək ki Tarif Şurasının qərarı ilə 15-25 və 30-40 km-dək olan məsafədə hərəkət edən avtobuslarda gediş haqqı müvafiq olaraq 25 və 35 qəpik təşkil edir.

Anar Kəlbiyev



Teqlər:  



Xəbər lenti