Rezidenturaya qəbul imtahanında yenilik

Rezidenturaya qəbul imtahanında  yenilik
  04 Noyabr 2014    Oxunub:1360
Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsi üzrə qəbul imtahanının keçirilməsi çətinləşdiriləcək, imtahanın keçirilmə mərhələləri artırılacaq.
Səhiyyə Nazirliyindən trend-ə verilən məlumata görə, hazırda rezidenturaya imtahanlar iki mərhələdə keçirilir. İlk mərhələdə test imtahanları əsas fənləri, ikinci mərhələdə isə ixtisas fənlərini əhatə edir. Gələcəkdə isə imtahanların üçüncü mərhələsinin - simulyator və manekenlərdə təcrübənin keçirilməsi planlaşdırılır.

Azərbaycanda rezidenturaya qəbul imtahanının keçirilməsinə 2011-ci ildən başlanılıb.

Həmin il rezidentura səviyyəsində 37 ixtisas üzrə həkim-mütəxəssislərin hazırlığına başlanılıb. 2011-ci ildə imtahanlarda iştirak etmiş 1063 namizədin 819-u həmin ilin məzunu olub. 2014-cü ildə isə imtahanda iştirak etmiş 1414 namizədin 666-sı bu ilin məzunları olub.


Teqlər:



Xəbər lenti