Obamaya Azərbaycanla bağlı məktub göndərildi

Obamaya Azərbaycanla bağlı məktub göndərildi
  04 Noyabr 2014    Oxunub:1659
ABŞ konqresmeni Henri Kuellar ABŞ Prezidenti Barak Obamaya məktub göndərərək ABŞ-ın Azərbaycanla əlaqələrinin dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, H.Kuellar Azərbaycanın strateji əhəmiyyətini qeyd edərək ölkəmizin İraq, Əfqanıstan və Serbiyadakı əməliyyatlarda vacib müttəfiq kimi iştirakını, o cümlədən Əfqanıstan əməliyyatı kontekstində önəmli nəqliyyat qovşağı olduğunu xüsusi vurğulayıb.

Eyni zamanda, konqresmen Azərbaycanın Avropa, eləcə də Türkiyə, Gürcüstan və İsrail kimi ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfəni qeyd edib.

H.Kuellar məktubunda Azərbaycan və ABŞ arasında təhlükəsizlik və iqtisadi tərəfdaşlıq sahəsində əlaqələrin inkişafı üçün böyük potensial olduğunu yazıb. O, qeyd olunan məqamları nəzərə alaraq, geosiyasi və iqtisadi baxımdan əhəmiyyətli ölkə olan Azərbaycanla əlaqələrin dərinləşdirilməsinin prioritet olmalı olduğunu xüsusilə vurğulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti