Baş nazir polşalı nazirlərlə görüşdü
Hər iki ölkə arasında kənd təsərrüfatı sahəsində hüquqi bazanın genişləndirilməsinin vacibliyini önə çəkən Artur Rasizadə istehsal olunan məhsullar barədə qarşılıqlı məlumatlandırmanın və ticarətin, elmi-texniki və kadr hazırlığı sahəsində birgə əməkdaşlığın, mütəxəssislərin iştirakı ilə təlim və seminarların keçirilməsinin, aidiyyəti qurumlar arasında informasiya mübadiləsinin vacibliyini xatırladıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Marek Savitski Bakıda apardığı danışıqlar barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verib.
O, ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrə xüsusi önəm verdiyini xatırladaraq, səfərinin əsas məqsədinin gələcək əməkdaşlığın səmərəli təşkili üçün azərbaycanlı həmkarları ilə fikir mübadiləsi aparmaqdan ibarət olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında da geniş müzakirələr aparılıb.







Vaxtında, Aydın, Lazımlı!


