Əbülfəs Qarayev şirkətlərə lisenziya verdi - Siyahı

Əbülfəs Qarayev şirkətlərə lisenziya verdi - Siyahı
  04 Noyabr 2014    Oxunub:1662
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a və digər normativ-hüquqi aktlara əsaslanaraq cari ilin oktyabr ayı ərzində bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Europe Travel Assistance”, “Delta Group LTD”, “Orient Travel”, “Crystal Entertainment” MMC-lər turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.

Bununla da respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 266-ya çatıb.

Həmçinin, Nazirlik oktyabr ayı ərzində bir sıra hüquqi və fiziki şəxslərə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıqlar (lisenziyalar) verib.

Müvafiq dövrdə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair lisenziya alanlar sırasına “Qlobeks” MMC (Bakı), “Baku Hotel Company”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (lisenziyanın surəti, Bakı), fiziki şəxs Vahid Vahabov (Qəbələ şəhəri, M.Ə.Sabir küçəsi, ev 3) daxildir.

Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 301-ə çatıb.


Teqlər:





Xəbər lenti