Azərbaycanda doğuş zamanı daha bir ana ölümü
Məhrumun qohumları onun ölümünə həkimlərin səhlənkarlığının səbəb olduğunu deyirlər. Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi müavini Əliyar Sərvərovun verdiyi məlumata görə, doğuşdan sonra xəstədə qanaxma qeydə alınıb. Xəstə əməliyyata alınsa da onun həyatını xilas etmək mümkün olmayıb.Əliyar Sərvərovun sözlərinə görə, dünyaya gələn oğlan uşağı tam sağlamdır, həyatı üçün heç bir təhlükə yoxdur. Baş həkim müavini həmçinin ananın 11-ci hamiləliyi və 14 illik fasilədən sonra 3-cü doğuşu olduğunu deyib.
Hazırda faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.(qafqazinfo)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


